İlham Əliyev-zəfər və qəhrəmanlıq simvolu

24.12.2021-ci il tarixində məktəbin kitabxanasında möhtərəm prezidentimiz İlham Əliyevin 60 illik yubileyinə həsr edilmiş “İlham Əliyev-zəfər və qəhrəmanlıq simvolu” adlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Mehriban Hacıyeva, direktor müavini Nigar Süleymanova, tarix müəllimləri Şeyda Hüseynova, Nəzakət Əzizzadə, Gülağa Şıxəliyev, kitabxana müdiri Ofeliya İsmayılova, kitabxanaçı Təranə Cəfərova və VIII sinif şagirdləri iştirak ediblər. Tədbirdə Ali Baş Komandanımızın siyasi fəaliyyəti və şəxsi keyfiyyətləri, qazandığı siyasi və hərbi qələbələr, atasından miras aldığı diplomatik ustalıqları, beynəlxalq tribunalardakı kəsərli nitqləri ətrafında geniş müzakirələr aparılıb. Şagirdlər möhtərəm Prezidentimiz haqqında ürək sözlərini dilə gətirib, təbriklərini, arzularını söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi