Görkəmli alim Lütfi Zadənin 100 illik yubileyinə həsr edilmiş intellektual yarış keçirilib

24.12.2021-ci il tarixində məktəbin akt zalında görkəmli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 100 illik yubileyinə həsr edilmiş intellektual yarış keçirilib. X-XI sinif şagirdlərindən təşkil edilmiş 4 komandanın iştirakı ilə keçirilmiş yarış iki turdan və bir final mərhələsindən ibarət olub. Yarışda münsiflər heyəti tərəfindən qalib elan edilmiş “Atlantik” komandasının üzvləri fəxri fərmanla təltif edilib. Auditoriya üçün nəzərdə tutulmuş əyləncəli sualı hamıdan əvvəl cavablandıran bir şagird də rəhbərlik tərəfindən təşəkkürnamə alıb. Yarış böyük həyacanla və maraqla izlənilib. Şagirdlər sonadək əzmlə mübarizə aparıblar.