8-ci siniflərdə məktəbdaxili monitorinq keçirilib

Mövcud vəziyyəti dəyərləndirmək, şagirdlərin buraxılış fənləri üzrə hazırlıq səviyyələrini müəyyən etmək və tədrisdə zəruri dəyişiklik istiqamətlərini müəyyən etmək üçün məktəb rəhbərliyi 22.12.2021-ci il tarixində 8-ci siniflərdə ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirib. Monitorinq nəticələri təhlil edildikdən sonra fənn müəllimləri ilə lazımi müzakirələr aparılıb, hədəflər müəyyən ediləcək.