İstedadlı yaradıcı şagirdlərin iştirakı ilə professor Lütfi Zadənin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa

20.12.2021-ci il tarixində məktəbimizin kitabxanasında istedadlı şagirdlərin iştirakı ilə Azərbaycanın görkəmli alimi professor Lütfi Zadənin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masada alimin həyat yoluna və elmə qazandırdığı 6 fundamental elmi nəzəriyyəyə, o cümlədən düz 20 il Amerika ictimaiyyəti tərəfindən qəbul edilməyən, lakin 80-ci illərdə Yapon alimlərinin texnologiyaya uğurla tətbiq etdiyi qeyri-səlis məntiq nəzəriyyəsinə nəzər salınıb. Tədbirdə Lütfi Zadənin ömür yolundan bəhs edən video material nümayiş etdirilib. Məktəbin direktoru Mehriban Hacıyevanın təqdimatında “Zadə məntiqi” anlayışı şagirdlərə ətraflı izah edilib. Məktəbin direktor müavini Nigar Süleymanova, riyaziyyat müəllimləri Solmaz Əsədova və Nəsibə Məmmədova, tarix müəllimi Şeyda Hüseynova, kitabxana müdiri Ofeliya İsmayılova, kitabxanaçı Təranə Cəfərova çıxışlarında şagirdlərə mövzu ətrafında geniş məlumat veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi