Xarici amillərin relyefə təsiri
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/163981924561bda7ed622fc9.81147126.jpg)
17.12.2021-ci il tarixində tarix-cografiya fənn aylığı çərçivəsində daha bir maraqlı coğrafiya dərsi izlənilib. Məktəbin coğrafiya müəllimi Aytən Əlverdiyeva 7”C” sinfində “Xarici amillərin relyefə təsiri” mövzusunda dərs nümunəsi təqdim edib. Dərs müasir dərsin tələblərinə uyğun kiçik qruplarla iş formasında qurulub və İKT-nin dərsə tətbiqi, iş vərəqləri ilə iş, əyani resursların istifadəsi kimi detalları özündə əks etdirib. Dərs rəhbərlik və müəllimlər tərəfindən təqdir edilib, bəyənilib və müəllimə növbəti dərslər üçün nəzərə alınması zəruri olan bəzi metodiki tövsiyələr verilib.