Nadir xanın “şah” elan edilməsi
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/163981826461bda418c6e037.54201733.jpg)
17.12.2021-ci il tarixində məktəbimizin tarix müəllimi Gülağa Şıxəliyevi 8”A” sinfində tarix fənnindən açıq dərs nümunəsi təqdim edib. Dərsin mövzusu “Nadir şah -Əfşarlar imperiyasının yaranması” olub. Şagirdlərin həvəslə rəngarəng təqdimatlar etdiyi bu dərsdə maraqlı və interaktiv iş üsullarından istifadə edilib. Müəllim venn diaqramı vasitəsi ilə şagirdlərdən iki görkəmli sərkərdəni - l Şah Abbası və Nadir şahı müqayisə etməyi istəyib. Şagirdlər Azərbaycan tarixində öz daxili və xarici siyasətləri ilə fərqlənmiş bu iki qüdrətli hökmdarı ətraflı xarakterizə etməyi bacarıb. Dərs rəhbərlik tərəfindən geniş təhlil edilib.