Maraqlı və interaktiv dərs nümunəsi
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/163968321761bb9491706170.61561819.jpg)
16.12.2021-ci il tarixində məktəbimizin coğrafiya müəllimi Səmədova Şəlalə VI “C” sinfində maraqlı və interaktiv açıq dərs nümunəsi təqdim edib. “Dağlar” mövzusunun öyrənilməsinə həsr edilmiş dərs bütün tərtibatı ilə müasir dərsin tələblərinə cavab verib. Müəllim gənc olmasına baxmayaraq emosional və psixoloji cəhətdən sinfi düzgün idarə edib, şagird-müəllim, şagird-şagird münasibətini doğru məcrada saxlaya bilib. Dərsdə təlim məqsədləri tam reallaşıb. Seçilmiş iş üsulu, iş forması, resurslar mövzuya və məqsədə uyğun olub. Dərsdə iştirak edən məktəbin direktoru Mehriban Hacıyeva, direktor müavinləri Mahirə Rüstəmova, Nigar Süleymanova, psixoloq Sevinc Abdullayeva və müəllim Şeyda Hüseynova dərsi yüksək qiymətləndiriblər.