Tarix-coğrafiya ayı başlayıb
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/163957767161b9f847c092a1.96900914.jpg)
Dekabr ayı məktəbimizdə tarix-coğrafiya ayı elan edilib. Məktəb rəhbərliyi ayın əvvəlindən etibarən bu fənlər üzrə tədrisin keyfiyyətini yoxlayıb, dərsdinləmələr edib və müxtəlif təqdimatları izləyiblər. 15.12.2021- ci il tarixində məktəbin tarix müəllimi Şeyda Hüseynovanın bu silsilədən olan açıq dərsi iştirakçılar və dinləyicilər tərəfindən bəyənilib. Dərs 8 “B” sinfində təşkil edilib. Dərsdinləmədə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak ediblər. Dərsin geniş müzakirəsi və təhlili aparılıb. Dərs təlim məqsədlərinə çatmış və məhsuldar dərs kimi qiymətləndirilib.