Erkən nikaha və məişət zorakılığına “yox” deyək!

14.12.2021-ci il tarixində məktəbimizin akt zalında IX, X, XI sinif şagirdlərinin iştirakı ilə psixoloq Sevinc Abdullayevanın təqdimatında “Erkən nikaha və məişət zorakılığına “yox” deyək!” adlı aktual sosial problemlərə həsr edilmiş tədbir keçirilib. Sevinc Abdullayeva erkən nikahın fəsadlarından, məişət zorakılığının təzahür formalarından və bunu yaradan səbəblərdən ətraflı bəhs edib. Şagirdlərə mövzuya dair maraqlı və maarifləndirici video kadrlar təqdim edilib. Daha sonra məktəbin direktoru Mehriban Hacıyeva və direktor müavini Nigar Süleymanova tövsiyə xarakterlı çıxışlar edib, şagirdləri cəhalətin, şiddətin qurbanı olmamaq üçün elmlə məşğul olmağa, təhsil almağa səsləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi