İbtidai təhsil pilləsində əsas fənlərin tədris vəziyyəti yoxlanılıb
13.12.2021-ci il tarixində məktəbin fəaliyyət planında əks olunduğu kimi tədrisin keyfiyyətini yüksəltmək, mənimsəmənin effektivlik dərəcəsini müəyyən etmək və bünövrə təhsilinin tələblərə və standartlara uyğun verilməsini təmin etmək üçün II-IV siniflərdə ana dili və riyaziyyat fənləri üzrə monitorinq təşkil edilib. Monitorinq məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmovanın təşkilatçılığı və ciddi nəzarəti altında aparılıb. Monitorinqin nəticələrinin qiymətləndirilməsi və təhlili üçün komissiya yaradılıb.