Heydər Əliyev və Azərbaycanın müstəqillik məfkurəsi

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyev bütün həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir.

Azərbaycan tarixinin son qərinəsində xalqımızın həyatın bütün sahələrində nail olduğu uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi məhz bu dahi şəxs təlatümlər burulğanından xilas edərək, ictimai-siyasi sabitlik yaratmış və Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxarmışdır.

12 may tarixi ulu öndər Heydər Əliyevin anım günüdür. Böyük şəxsiyyətin unudulmaz xatirəsini şagirdlərin yaddaşında əbədiləşdirmək məqsəsi ilə məktəbimizin akt zalında “Heydər Əliyev və Azərbaycanın müstəqillik məfkurəsi” adlı geniş tədbir keçirilib. Tədbirdə məktəbin tarix müəllimi Nəzakət Əzizzadə mövzu ətrafında geniş təqdimat edib. Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş maraqlı kadrlar nümayiş etdirilib. Tədbirin sonunda məktəbin tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova Heydər Əliyev şəxsiyyətinin gənc nəslin tərbiyəsində örnək obraz kimi aşıladığı mənəvi dəyərlərdən və yüksək keyfiyyətlərdən söz açıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi