Komandamız FİBONACCİ-də
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/163863783561aba10b28ec66.68476575.jpg)
04.12.2021-ci il tarixində FİBONACCİ intellektual oyununun III məktəblilərarası çempionatlığının birinci mərhələsi keçirilib. Azərbaycan Təhsil Nazirliyinin xətti və Kapital Bankın sponsorluğu ilə təşkil edilmiş bu oyunda respublikamızın müxtəlif bölgələrinin məktəblərini təmsil edən 90 komanda və bunların sırasında məktəbimizin komandası Zəfər Bakı-96 da iştirak edib.
3 mərhələdən ibarət gərgin oyunda komandamız 22 balla 53-cü sırada yer alıb. Hər addım uğura bir cəhddir və müəyyən bir təcrübədir. Şagirdlərimizi bu cəhdləri və cəsurluqlarından dolayı rəhbərlik adından təbrik edir və onlara davamlı uğurlar arzulayırıq.