Bayraq mənliyimdir, Bayraq kimliyim
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16362141786186a5a29e7e90.60805035.jpg)
Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə imzaladığı sərəncama əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda qeyri iş günü olan bayramların siyahısına daxil edilmişdir.
9 noyabr-Dövlət Bayrağı Günü məktəbimizdə təntənəli şəkildə qeyd edilib. Dövlət himninin səslənməsi ilə başlayan tədbirə möhtəşəm üçrəngli Bayrağımız gətirilib. Şagirdlərin ifasında bayraq haqqında şeirlər səslənib. Təqdimatlar edilib. Mahnılar və rəqslər ifa edilib. Möhtərəm prezidentimiz İlham Əliyevin və ümummilli liderimiz Heydər Əliyevin Bayraq haqqında dediyi fikirlərin yer aldığı kadrlar göstərilib. Tədbir böyük maraqla qarşılanıb.