3-cülərin təqdimatında Zəfər bayramı

04.11.2021-ci il tarixində 3 “B” sinfində qazilərin, valideynlərin, məktəb rəhbərliyinin, sinif şagirdlərinin və sinif müəlliminin iştirakı ilə bayram tədbiri keçirilib. Tədbiri müəllim Məhbubə Kazımova açaraq sözü şagirdlərinə verib. Şagirdlər müxtəlif maraqlı nömrələrlə qonaqların qarşısında çıxış ediblər. Daha sonra söz vətən uğrunda sağlamlıqlarını itirmiş qaziilərə verilib. Onlar döyüş xatirələrindən söz açıb, şagirdləri hər zaman vətəni sevməyə çağırıblar. Məktəb rəhbərliyi və valideynlər günün əhəmiyyətindən danışaraq bu kimi tədbirlərin şagirdlərə mənəvi dəyərlərin aşılanmasında müstəsna rolunu vurğulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi