Şagirdlərimiz “Qənimətlər parkı” na səfər edib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1635936227618267e3751683.04511040.jpg)
Məktəbin “Zəfər günü”nün qeyd edilməsi ilə əlaqədar hazırlanmış tədbirlər planında nəzərdə tutulduğu kimi şagirdlərimiz oktyabr ayı ərzində “Qənimətlər parkı” na səfər ediblər. 4 “B” , 4 “A” və 3 “A” sinfinin şagirdləri sinif müəllimləri ilə birgə parkda olaraq, müharibə eksponantları ilə əyani tanış olub, hərb meydanları barədə təsəvvürlərini dəqiqləşdiriblər. Müəllimlər şagirdlərin çoxsaylı suallarına yorulmadan cavab verərək, silahlar və hərbi sursantlar haqqında bildiklərini onlarla həvəslə paylaşıblar.