Daha bir şəhidimizin anım günü keçirilib.

01.11.2021-ci il tarixində məktəbimizin 7”C” sinfində sinfin adını böyük qürurla daşıdığı şəhidimiz Orucov Coşqun Oruc oğlunun anım günü keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şəhidimizin anası Bağırova Fərqanə iştirak edib. Şagirdlərimiz şəhidin döyüş yolundan, göstərdiyi şücaətdən, igidlikdən bəhs edən təqdimatlar ediblər. Şəhidin anası göz yaşları içində cəsur övladının xatirələrini şagirdlərlə bölüşüb. Onun vətən sevgisindən, torpaq yangısından söz açıb. Çıxış edən müəllimlər belə vətənpərvər və mərd övlad böyütdüyü üçün anaya təşəkkür edib, övladının ruhu qarşısında baş əydiklərini və onun təkcə Coşqunun deyil, bütün Azərbaycan övladlarının anası olduğunu ifadə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi