Respublika fənn olimpiadasının məktəb turu keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1635602041617d4e79b6d1f3.86170403.jpg)
Ümumtəhsil müəssisələrinin VIII, IX, X və XI sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə, hər il keçirilən, ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edən Respublika fənn olimpiadaları 3 mərhələ üzrə keçirilir. Təlimata uyğun olaraq 30.10.2021-ci il tarixində məktəbimizdə 8 fənn üzrə təşkil edilən ilk mərhələ-məktəb turu öncədən göndərilmiş suallar əsasında şəfaf və obyektiv şəkildə, karantin qaydalarına riayət etməklə keçirilib.