“Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirilib

Azərbaycan Respublikası təhsil nazirinin 26.07.2021-ci il tarixli F-372 nömrəli əmri ilə təsdiq olunmuş “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədi ilə verilmiş BŞTİ-nin 07.10.2021-ci il tarixli F-214 nömrəli əmrinə əsasən 29.10.2021-ci il tarixində məktəbimizdə “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirilib. Şagirdlərimizin Aşıq Ələsgər yaradıcılığından sevərək seçib öyrəndikləri və ifa etdikləri şeirlər və böyük ustadın sözlərinə bəstələnmiş gözəl mahnılar dinlənilib. Tədbirin sonunda müsiflər heyətinin qərarına əsasən bu şagird təqdimatları sırasından VII sinif şagirdimiz Alıyeva Aynur İlqar qızının ifası bəyənilib və onun haqqında məlumat müsabiqənin Təşkilat Komitəsinə göndərilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi