Narkotiklərə “yox” deyək!

Məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, şagirdlərlə aparılan təlim-tərbiyə prosesində narkomaniya və alkoqolizmin zərərli təsirləri mövzusunda maarifləndirmə aparmaq məqsədi ilə 29.10.2021- ci il tarixində məktəbimizdə. “ Narkotiklərə “yox” deyək!” devizi altında tədbir keçirilib. Tədbirə IX, X və XI sinif şagirdləri cəlb edilib. Görüş məktəbin psixoloqu Sevinc Abdullayevanın təşkilatçılığı ilə baş tutub. O öz təqdimatında şagirdlərə narkomaniyaya düçar olmamaq üçün sosiallaşdıqları mühiti, dost çevrəsini düzgün seçməyi, özlərində möhkəm xarakter, sağlam əqidə formalaşdırmağı məsləhət görüb. Daha sonra məktəbin direktoru Mehriban Hacıyeva tövsiyə xarakterli çıxış edib. Şagirdlərə asudə vaxtlarını düzgün qurmağın, psixoloji vəziyyətlərini və ruh hallarını mütəmadi motivə etməyin, vaxtlarını səmərəli keçirməyin yollarını göstərib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi