II-IX siniflərdə diaqnostik qiymətləndirmələr keçirilir
2020-2021-ci tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların aşkarlanması məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəblərə göndərilmiş materialların əsasında 25.10.2021-ci il tarixindən etibarən II-IX siniflərdə diaqnostik qiymətləndirmələr keçirilməyə başlayıb. Diaqnostik qiymətləndirmələr öncədən müəyyən edilmiş qrafik əsasında təyin edilmiş nəzarətçılərin iştirakı ilə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə keçirilir. Qiymətləndirmənin ciddi və obyektiv aparılmasına məktəb rəhbərliyi mütəmadi nəzarət edir.