X-XI sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16351827636176e8ab6f8726.85937138.jpg)
25.10.2021-ci il tarixində məktəbin X-XI sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib. Görüş məktəbin akt zalında karantin rejiminin və pandemiya şəraitinin qaydalarına və tələblərinə əməl etməklə təşkil edilib. Görüşün məqsədi şagirdlərin tədrisə müntəzəm marağını və yüksək davamiyyətini lazımı səviyyədə təmin etmək üçün məktəb-şagird-valideyn münasibətlərini düzgün çərçivədə qurmaq barədə valideynlərlə fikir mübadiləsi aparmaq, məktəbdə görülən işlər, təşkil edilən tədbirlər, təmayül siniflərində aparılan tədrisin mahiyyəti istiqamətində onları ətraflı məlumatlandırmaq olub. Sonda məktəbin direktoru Mehriban Hacıyeva valideynləri maraqlandıran suallara cavab verib.