Məktəbimizdə “e-Twining Plus” layihəsinin təqdimatı keçirilib

“e-Twinining Plus” layihəsi Avropa ittifaqının Fasiləsiz Təhsil Proqramının “e-Twining” layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi yerli müəllimlər və şagirdlərlə avropalı həmkarları arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.

Elə bu məqsədlə də 25.10.2021-ci il tarixində e-Twining layihə səfiri Ofeliya Qafarova məktəbimizə səfər edib. Təqdimat və təlimat xarakterli bu səfərdə müəllimlərə layihə barədə geniş məlumat verilib və onlara əyanı şəkildə portalda qeydiyyatdan keçməyin və işləməyin yolları izah edilib. Bu cür beynəlxalq layihələrin şagirdlərə və müəllimlərə qazandıra biləcəyi fürsətlərdən və imkanlardan söz açılıb. Yaradılan layihələrin müddəti, mövzusu və ortaqlığı barədə ünvanlanan suallara cavab verilib.

Ofeliya Qafarova və Gülyana Özcan Güvəndiyevanın iştirakı və məktəb rəhbərliyinin təşəbbüsü ilə təşkil edilən təqdimat müəllimlər tərəfindən təqdirlə qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi