Şagirdlər yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16351799516176ddaf383071.80730230.jpg)
Məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları qəzalardan qorumaq, təhlükəsizliklərini təmin etmək məqsədi ilə məktəbimizdə “Yol hərəkəti qaydaları” mövzusunda silsilə dərslər keçirilib. Bu gün növbəti dərs Gülarə Hüseynovanın rəhbərlik etdiyi 2 “A” sinfində dinlənilib. Şagirdlərə yol hərəkəti qaydaları barədə ətraflı məlumat verilib, bəzi məlumatverici, xəbərdarlıq və qadağan nişanları göstərilərək mənası izah edilib.Bu məlumatları yadda saxlamağın, qaydalara əməl etməyin vacibliyi şagirdlərin nəzərinə çatdırılıb.