Nizami əsərlərində Qarabağ sevgisi

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Möhtərəm prezidentimizin sərəncamı ilə Nizami irsinin yüksək mənəvi keyfiyyətlər aşılayan müstəsna əhəmiyyəti nəzərərə alınaraq 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib.

Məktəbin fəaliyyət planında nəzərdə tutulduğu kimi 22.10.2021-ci il tarixində məktəbin kitabxanasında “ Nizami əsərlərində Qarabağ sevgisi” adlı dəyirmi masa keçirilib. Məktəbin 4 “A” sinfinin şagirdləri öz rəngarəng təqdimatları, “ İsgəndərnamə”, “ Xosrov və Şirin” əsərlərindən səsləndirdikləri parçalar ilə tədbirə rəng qatıblar. Tədbirdə məktəbin direktoru Mehriban Hacıyeva, direktor müavinləri Mahirə Rüstəmova, Nigar Süleymanova, kitabxana müdiri Ofeliya İsmayılova, kitabxanaçı Təranə Cəfərova, ibtidai sinif müəllimi Ceyran İsayeva və bir neçə valideyn iştirak edib.

Tədbirdə Nizaminin həm iqliminə, həm canlı və cansız təbiətinə, həm də insanlarına görə ruh oxşayan cənnət diyarı-Qarabağı doya-doya vəsf etdiyi “Bərdənin tərifi” adlı parçası şagirdlər tərəfindən böyük ustalıqla ifa edilib. Sonra dünya cahangiri İsgən­dərin Bərdənin xanım hökmdarı Nüşabənin hüzuruna gəlməsi, Nüşabənin öz ağlı və məntiqi ilə İsgəndəri heyran qoyması və beləliklə onun üzərində döyüşsüz-qansız qələbə qazanması şagirdlər tərəfindən səhnələşdirilərək nümayiş etdirilib. Daha sonra Nizami əsərlərinin aşıladığı mənəvi dəyərlərdən və təlqin etdiyi tərbiyəvi fikirlərdən söz açılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi