Şagirdlər və müəllimlər təlimatlandırılıb

Azərbaycan Respublikası Təhsil Nazirinin 20.08.2021-ci il tarixli F-416 nömrəli “”Təhsil müəssisələrində müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in təsdiq edilməsi barədə” əmrinin icrası haqqında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatını əsas tutaraq 19.10.2021- ci il tarixində məktəbimizin hərbi rəhbəri Aqil İsayev, tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova şagirdlər və müəllimləri növbəli şəkildə idman zalında toplayaraq təhsilanları və təhsilverənləri mina və partlamış hərbi sursatların yaratdığı təhlükə barədə xəbərdar edib, onlara sayıq olmağı, ətrafda baş verən hadisələrə nəzarət etməyi öyrədib, hər hansı hərəkət etməzdən əvvəl şübhə doğuran amillərlə bağlı düşünüb düzgün qərar verməyi tövsiyə edib.