Deyirlər, bülbülə çəmən yaxşıdır, İnsan üçün laləzar Vətən yaxşıdır!

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci fürsət xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi şans bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

Bu gün biz müstəqil, qalib dövlətin məğrur xalqıyıq! Ulu öndərin ən dəyərli mirası kimi möhtərəm Prezidentimizin yorulmaz səyləri və uzaqgörən siyasəti sayəsində təşəkkül tapan, Azərbaycanın igid oğullarının gözü kimi qoruduğu azadlığımız, suverinliyimiz bizim ən qiymətli sərvətimizdir!

Bu gün Müstəqilliyimizin bərpası Günü məktəbimizdə təntənəli və rəngarəng tədbirlərlə qeyd edilib. Şagirdlərin təqdimatında azadlığımızın qanlı və şərəfli tarixi yoluna nəzər salınıb.Vətən sevgisini tərənnüm edən şeirlər, Qarabağ avazlı mahnılar səslənib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi