Qarabağ ədəbi-mədəni mühitinə tarixi baxış

15.10.2021- ci il tarixində məktəbimizin kitabxanasında bir qrup VII-VIII sinif şagirdləri ilə “Qarabağ ədəbi-mədəni mühitinə tarixi baxış” adlı debat keçirilib. Tədbirdə məktəbin direktoru M.Mehriban, direktor müavini S.Nigar, kitabxana müdiri İ.Ofeliya və ana dili, ədəbiyyat fənnini tədris edən müəllimlər iştirak ediblər. Uşaqlarla səmimi diskusiya şəraitində keçən görüşdə Qarabağ ədəbi mühiti, bu mühitin Azərbaycan ədəbi fonduna bəxş etdiyi görkəmli ədiblər və ziyalılardan söz açılıb. Şagirdlər Vaqifin, Natəvanın şeirlərindən parçalar səsləndiriblər. Şuşada fəaliyyət göstərən “Məclisi-üns”, “Məclisi-fəramüşan” ədəbi məclislərin Qarabağ ədəbi mühitində oynadığı roldan danışılıb. Mir Möhsün Nəvvab, Mirzə Adığözəl bəy, Aşıq Pəri kimi ədəbiyyatda iz qoymuş şəxslər xatırlanıb, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığına toxunulub. Şagirdlərin diqqətinə çatdırılıb ki, Qarabağ övladı kimi dünyaya göz açan bu sənət xadimləri sonradan Azərbaycan mədəniyyətinin və ədəbiyyatının ədəbi fikir korifeylərinə çevriliblər və bütün türk xalqının övladı kimi dəyərləndiriliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi