İntihar zəif şəxsiyyətin göstəricisidir

Bu gün cəmiyyətdə baş verən bütün hadisələr sürətli media vasitələri ilə anında əhaliyə çatdırılır. Müxtəlif üsullarla və vasitələrlə insanlar sosial gündəmdən dərhal xəbərdar olur. Baş verən neqativ hadisələri belə kənar saxlamaq, ictimailəşdirməmək, demək olar ki, qeyri mümkümdür. Son zamanlar cərəyan edən belə mənfi hadisələrdən biri də yeniyetmələrin intihar cəhdləridir. Bu aktual problemi göz önündə tutaraq 12.10.2021-ci il tarixində məktəbimizdə “İntihar zəif şəxsiyyətin göstəricisidir” adlı maarifləndirici görüş keçirilib. Görüşdə məktəbin IX, X və XI sinif şagirdləri, sinif rəhbərləri, məktəbin direktoru, tərbiyə işləri üzrə direktor müavini, məktəbin psixoloqu və UBR iştirak edib. Görüş direktor Mehriban Məmmədovanın “Hər şeyə rəğmən həyat gözəldir” adlı təqdimatı ilə başlayıb. Təqdimatını şagirdlərlə səmimi diskusiya əsasında quran Mehriban müəllim onlara “Xoşbəxt hiss etmək üçün bir gəncə nə lazımdır? Sizə ən çox təsir edən sosial problemlər hansılardır? Problemlərlə yaşamağın , onlarla başa çıxmağın yolları nədir? Sizcə intihar çıxış yoludurmu?“ kimi suallar ünvanlayıb. Şagirdlər fikirlərini onunla bölüşüb. Daha sonra məktəbin psixoloqu Sevinc Abdullayeva çıxış edərək şagirdlərə məqsədlər və hədəflər müəyyən etməyi, həyatda arzular uğrunda mübariz olmağı, acız və iradəsiz olmamağı tövsiyyə edib. Möhkəm xarakter formalaşdırmağın yollarını başa salıb. Təlim-tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova məsələyə münasibət bildirərək bəzi tanınmış insanların uğur hekayələrindən söz açıb. Şagirdlərə gələcəkdə maraqlı bir uğur hekayəsinin qəhrəmanı olmağı arzulayıb. UBR Kəmalə Sadıqova öz çıxışında yeniyetmələrə nikbin olmağı, həyatın onlara verdiyi hər şeyi dəyərləndirməyi, canlı olmağın, var olmağın və yaşamağın qiymətini bilməyi məsləhət görüb. Sonda şagirdlərin fikirləri dinlənilib. Suallarına cavab verilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi