Salam, şəhid anası! Mən də sənin bir balan.
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16336874036160176b29f2a2.14017943.jpg)
07.10.2021-ci il tarixində məktəbimizdə şəhid Kərimli İsmayıl Ceyhun oğlunun adını daşıyan 3 “B” sinfində İsmayılın doğum gününün anılması ilə əlaqədar şəhidin anası Rəna xanımla görüş keçirilib. Görüşdə məktəbin direktoru Mehriban Məmmədova, direktor müavinləri Mahirə Rüstəmova, Nigar Süleymanova və valideynlər iştirak ediblər. Tədbir dövlət himninin səslənməsi ilə başlanıb. Daha sonra şagirdlərin ifasında şəhidlərə, Zəfər gününə və Qarabağa həsr edilmiş şeirlər səslənib. Onların təqdimatının ardından məktəbin direktoru və müavinləri öz çıxışlarında şəhid anasına üz tutaraq, ürək sözlərini və minnətdarlıqlarını bildiriblər. Ona səbr, təmkin arzulayıblar. Görüşün sonunda şəhid anası göz yaşları içində İsmayıldan, onun uşaqlığından, tələbəlik illərindən söz açıb. Şagirdlərə vətəni sevməyi, yaxşı təhsil almağı, azad edilmiş torpaqları yenidən dirçəltmək üçün yaxşı mütəxəsis kimi yetişməyi tövsiyə edib.