Gününüz mübarək, əziz müəllimlər!

Hər il 5 oktyabr 100-dən çox ölkədə Beynəlxalq Müəllim günü (World Teaches' Day) kimi qeyd edilir. Bu gün bütün müəllimlərin,təhsil işçilərinin peşə bayramıdır.

Müəllimlərin sözlə ifadə olunmayacaq dərəcədə böyük zəhmətini və fədakar xidmətini azacıq da olsa xatırlamaq, qiymətləndirmək üçün bu bayram sadəcə bir vasitədir.

Bu gün Azərbaycan müəllimi üçün də əziz gündür . Müəllim adını daşıyanlar,bu şərəfli peşə sahibləri vətənimizdə də öz peşə bayramını qeyd edirlər.

Məktəbimizin müəllim kollektivi də bu bayram təntənəsinə qoşulub. Şagirdlərimiz öz maraqlı təqdimatları ilə müəllimlərimizin qarşısında çıxış edərək onları duyğulandırıblar. Məktəbimizin direktoru Mehriban Məmmədova tədbirin sonunda müəllim peşəsinin ölçüyəgəlməz dəyərindən, bu adın ucalığından danışıb, məktəbimizin pedaqoji kollektivini 5 oktyabr-Beynəlxalq Müəllim Günü münasibəti ilə təbrik edib. Onlara bu ağır və şərəfli işdə yüksək əzmkarlıq və möhkəm sağlamlıq arzu edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi