Valideyn icması ilə görüş

02.10.2021- ci il tarixində məktəbimizin valideyn komitəsinin sədrləri ilə məktəb rəhbərliyinin görüşü keçirilib. Teams platforması üzərindən təşkil edilən bu iclasın gündəliyinə bir çox aktual məsələlər salınıb. Bunların sırasında distant təhsildən ənənəvi təhsilə dönüş edən şagirdlərin məktəbin iş rejiminə adaptasiya prosesində müəllim-valideyn əməkdaşlığı, karantin şəraitinin yaratdığı mövcud qaydalar, təlimatlar və bunlara əməl edilməsinin vacibliyi, məktəbin Zəfər ilindən irəli gələn əsas prioritet fəaliyyət istiqamətləri və qarşıdan gələn bayramların məktəb-valideyn münasibətlərində yarada biləcəyi neqativ halların müzakirəsi yer alıb. Rəhbərlik valideynlərə və müəllimlərə əməkdaşlığı və münasibətləri sağlam əsaslar üzərində qurmağı, qarşılıqlı şəkildə hüquq və vəzifələri dəqiq bilməyi və bunlardan irəli gələn öhdəlikləri qərəzsiz və mənfəət güdmədən yerinə yetirməyi tövsiyə edib.İclasın sonunda valideynlərin fikirləri dinlənilib, onları narahat edən başqa məsələlərə də açıqlıq gətirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi