V-XI siniflərdə əyani tədris başlayıb
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/163290164161541a095f7dd2.74298703.jpg)
29.09.2021-ci il tarixində V-XI siniflərdə əyani tədrisin başlanması ilə əlaqədar məktəbimizdə şagirdlərin sıra düzülüşündə rəsmi hissədən ibarət tədbir olub. Dövlət himni səsləndikdən sonra məktəbin direktoru Mehriban Məmmədova, direktor müavinləri Mahirə Rüstəmova və Nigar Süleymanova şagirdləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib, onlara uğurlar arzu ediblər. Zəfər ilində qələbə əzmi ilə öyrənməyi, qalib dövlətin məğrur övladları kimi yüksək nəticələr göstərməyi tövsiyə ediblər. Sonra şagirdlərə karantin qaydaları barədə məlumat verilib, sağlamlığın qorunması üçün təlimatlara ciddi əməl etməyin vacibliyi vurğulanıb. Tədbir başa çatdıqdan sonra şagirdlər vətənpərvərlik mahnılarının sədaları altında Uşaq Birliyi rəhbəri, məktəbin tibb bacısı və texniki heyət tərəfindən hərarətləri ölçülərək və əlləri dezinfeksiya edilərək içəri qəbul edilib. İlk dərslər “Qarabağ Azərbaycandır” mövzusuna həsr edilib. Məktəb rəhbərliyi ayrı-ayrı siniflərə baş çəkərək şagirdlərlə rəhbərliyin onlardan gözləntiləri və məktəbin hədəfləri barədə səmimi söhbət aparıb.