Şərəfli yolda ilk addım

28.09.2021-ci il tarixində məktəbimizdə yeni işə qəbul olan gənc müəllimlər üçün andiçmə mərasimi keçirilib. Məktəbin direktoru  Mehriban  Məmmədova, ditektor müavinləri  Mahirə Rüstəmova və Nigar Süleymanova, məktəbin həmkarlar komitəsinin sədri Səbinə Cəfərova, eləcə də təcrübəli fənn müəllimlərinin iştirakı ilə təşkil olunan görüşdə gənc müəllimlərə metodiki və pedoqoji tövsiyyələr verilib. Məktəbin daxili nizam-intizam qaydaları ilə tanış edildikdən sonra onlara məlumat verilib ki, işlədikləri müddətdə Müəllimlərin  Etik Davranış Qaydalarında nəzərdə tutulmuş əsas prinsiplər və tələblərə əməl etməli, müəllim nüfuzunu qorumalı, valideyn və şagirdlərlə münasibətləri düzgün nizamlamalı, rəhbərliyin verdiyi şifahi və yazılı tapşırıqlara lazımı şəkildə əməl etməli və öz şəxsiyyəti ilə hər zaman nümunə olmalıdırlar. Daha sonfra təcrübəli müəllimlər gənclərə səmimi arzularını dilə gətiriblər və məhsuldar fəaliyyət  ili arzulayıblar. Sonda yeni təyinat alan Əlizadə Nəzakət, Səmədova Şəlalə, Aliyeva Türkan və Məmmədova Rəfiqə Üçrəngli bayrağımız önündə əllərini Azərbaycan Respublikasının Konstitusiyası üzərinə qoyaraq təntənəli surətdə and içiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi