Sağlam bədəndə sağlam ruh olar
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16328128476152bf2f71e900.81447248.jpg)
Havanın soyuması ilə əlaqədar olaraq şagirdlər arasında mövsümi tənəffüs xəstəliklərinin yayılma statistikası məktəb rəhbərliyi tərəfindən göz önündə tutularaq bu gün məktəbin tibb bacısı Aidə Muradova, məktəbin tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova və məktəbin psixoloqu Sevinc Abdullayeva siniflərdə olublar. Şagirdlər ümumi baxışdan keçirilib. Mövsümi xəstəliklərin respirator əlamətləri: hərarət, udlaq və badamcıqların vəziyyəti yoxlanılıb. Eləcə də şagirdlərin ümumi hal və vəziyyəti, gigiyenik göstəriciləri diqqətlə nəzərdən keçirilib. Qrip əlamətləri göstərən şagirdlərin valideynləri ilə əlaqə saxlanılıb və evə göndərilib. Uşaqlara sağlamlıq və gigiyena mövzusunda maarifləndirici tövsiyyələr verilib.