Qazilərlə görüş

Bu gün məktəbimizdə qazi olmuş məzunlarımızla görüş keçirilib. Görüşdə iştirak edən qazilərimiz-Yusifov Xankişi, İmanov Fariz, Ənsərli Toğrul, Cəfərov Amil və Salmanov İsa konfrans zalında təşkil edilmiş masa arxasında səmimi bir atmosferdə müəllimlər və şagirdlərlə görüşüblər. Dövlət himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban Məmmədova əldə etdikləri bu böyük qələbə ilə tarix yazan qazi məzunlarımızın göstərdikləri qəhrəmanlıq mübarizəsindən qürurla və minnətdarlıqla söz açıb. 44 günlük müharibəni əks etdirən “Zəfər yürüşü” adlı videoçarxın nümayişinin ardından qazilərimiz öz döyüş yolundan yadda qalan bir az hüznlü eyni zamanda qürurlu xatirələrini iştirakçılarla bölüşüb. Müəllimlərə söz veriləndə onlar məzunlarımızın məktəb illərinə qayıdaraq etdikləri dəcəllikləri xatırlayıb hamını kövrəldiblər. Tədbirdə iştirak edən yuxarı sinif şagirdləri də qazilərə ünvanladıqları ürək sözlərini və görüşün təəssüratlarını dilə gətiriblər. Sonda məktəb foyesində xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi