Hər məktəbdə 44 ağac

27.08.2021-ci il tarixində məktəbimizdə Anım Günü və Zəfər Günü ilə bağlı tədbirlər planında nəzərdə tutulduğu kimi silsilə tədbirlər keçirilib.Saat 12:00-da məktəbin həyətində ara məsafəsinə riayət etməklə düzülmüş şagirdlər və müəllimlər Azərbaycan Respublikası ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Daha sonra tədbirdə iştirak edən  BŞTİ-nin müdir müavini Orxan Kərimov və məktəbin direktoru Mehriban Məmmədova Azərbaycan oğullarının qanı bahasına yazılmış şanlı tariximizdən söz açtılar, üçrəngli bayrağımızı zirvələrə sancan qazilərimizə, müharibə iştirakçılarımıza minnətdarlıqlarını bildirdilər. Bədii hissədə məktəblilərin ifasında vətənpərvərlik şeirləri səsləndi. Bədii hissə yekunlaşdıqdan sonra Orxan müəllim və qazi məzunlarımızla birgə, məktəb rəhbərliyi, yuxarı sinif şagirdləri və müəllimlər anım gününə həsr edilmiş ağacəkmə aksiyasında iuştirak ettilər. Məktəbin həyətyanı sahəsində 44 ağac əkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi