Qürurla anırıq
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16327400636151a2df610c95.30499688.jpg)
Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Kamandanın rəhbərliyi altında işğal edilmiş torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.44 gün davam edən Vətən müharibəsi Şanlı Ordumuzun müzəffər zəfəri ilə sonlandı. Azərbaycan oğulları igidlik səlnaməsi yazdılar. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırılmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə,bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Bu gün Anım Günü təhsil müəssisələrində də qeyd edilir. Bu gün səhər sıra düzülüşündə şagirdləri vətənpərlik mahnılarının sədaları altında salamlayan məktəb rəhbəri və müəllimlərimiz onlara günün önəmi və əhəmiyyəti barədə məlumat verdilər. 44 günlük müharibədən sonra yaşadığımız fəxarəti, qüruru, qələbə sevincini məhz onlara borclu olduğumuzu vurğuladılar. Daha sonra ibtidai siniflərdə silsilə təqdimatlar edildi. Məktəbin direktoru və müavinlər şagirdlərin hazırladıqları sinif tədbirlərində iştirak ediblər.