İlk dərs günü
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1632300193614aeca114f2a5.21554956.jpg)
22.09.2021 tarixi bu tədris ilinin ilk dərs günüdür. Uzun müddətli fasilədən sonra bu gün yenidən ənənəvi təhsilə qayıdırıq. Bu qayıdışın sevinci müəllimlərin də, şagirdlərin də çöhrəsindən aydın hiss olunur.
Respublikamızın digər ümumtəhsil məktəbləri kimi bizim məktəb də bu səhər doğma şagirdlərini qoynuna alıb. Məktəb rəhbərliyi pandemiya vəziyyətinin həssaslığını nəzərə alaraq, dövlət himnimiz səsləndikdən sonra rəsmi hissədən ibarət kiçik bir açılışla tədbiri sonlandırıb. Şagirdlər vətənpərvərlik mahnılarının sədaları altında sosial məsafəni gözləməklə, eləcə də pandemiya və xüsusi karantin rejiminin digər tələblərinə əməl etməklə siniflərə yerləşdirilib.
Bütün siniflərdə ilk dərs “Qarabağ Azərbaycandır” mövzusuna həsr edilib.