Məktəbin uğuru.

Bakı şəhəri, İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Hidayət Həbibli Fəxri Fərmanla təltif olunub.

İyunun 18-də “Qarabağ uşaqların gözü ilə respublika onlayn videoçarx müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, tanınmış mədəniyyət və incəsənət xadimləri, müsabiqənin qalibləri və digər rəsmilər iştirak edib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz - Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tarixinə şanlı səhifə yazdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və Vətən müharibəsi iştirakçısı, “Cəbrayılın azad olunmasıma görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Hərbi xidmətə görə” medalı ilə təltif olunan Mehman İbrahimov 44 günlük Vətən Müharibəsində Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun göstərdiyi şücaətdən bəhs edib, qalibləri təbrik ediblər.

Sonra müsabiqədə I, II, III və həvəsləndirici yerlərə layiq görülmüş məktəblilər təltif olunub, diplom və hədiyyələr təqdim edilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi