Yol hərəkəti qaydaları

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 15.09.2020-ci il tarixli F-170 nömrəli əmrinin icrasından irəli gələn "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" ilə əlaqədar olaraq online tədbirlər təşkil edilmişdir. Məktəbin 5"a" sinif rəhbəri Gülnarə Mahmudova, 1c sinif müəllimi Təranə Möhsünova , 1a sinif rəhbəri Gülarə Hüseynovanın təşkilatçılığı və tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanovanın rəhbərliyi altında "Yol hərəkətinin təhlükəsizliyinə" dair online tədbirlər keçirilmişdir.