20 Yanvar- Qan yaddaşımız

Azərbaycan Respublikası Təhsil nazirinin “20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı” haqqında əmrinə və məktəbin fəaliyyət planına əsasən, 19 yanvar 2021-ci il tarixində Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin hər bir sinfində bir sıra dərslər 20 Yanvar faciəsinə həsr edilmişdir. Şagirdlər faciə və onun səbəbləri, Azərbaycan xalqının əzmkarlığı, azadlıq uğrunda mübarizəsi, vətən naminə dastanlar yaratması barədə fikirlərini bildirmiş, müzakirələr aparmış, şeirlər söyləmiş, hazırladıqları təqdimatları nümayiş etdirmişlər.