Biz zəfər çaldıq
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16093563775fecd459442a11.59085701.jpg)
27.12.2020-ci il tarixdə Sabunçu rayonu Regional "Kiçik Akademiya"nın təşkilatçılığı ilə "Biz Zəfər Çaldıq" adlı müsabiqənin final turu keçirildi . Final turunda 62 şagird iştirak etdi. Yekun nəticələrə əsasən məktəbimizin şagirdləri Aysel Əhmədova II yerə layiq görülərək "diplom" ilə, Aytac Muradlı isə "fərqlənmə" ilə təltif olunmuşlar.
Müsabiqə F-512 nömrəli əmr əsas tutularaq icra olunmuşdur. Müsabiqə Qarabağ və işğaldan azad olunmuş bölgələrin tarixi , müharibə xronologiyası, tanınmış şəxsiyyətləri, adət-ənənələri mövzusu üzrə suallardan ibarət olaraq 4 mərhələdə , Quizizz Platforması üzərindən təşkil olunmuşdur. Qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.