Ana dilimiz-milli sərvətimizdir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15822665795e4f78d3531a31.23928251.jpg)
21 fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar məktəbdə “Ana dilimiz - milli sərvətimizdir” mövzusunda tədbir keçirildi. Tədbirdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışıldı, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirildi. Qeyd olundu ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır.
Şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söylədi və ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.
Tədbirdə Azərbaycan dilinin inkişafına həsr olunan videoçarxlar da nümayiş etdirildi.