Beynəlxalq kitab bağışlama günü

14 fevral 2020-ci il tarixdə Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə  məktəbdə tədbir keçirildi.
Kitabxananın müdiri Ofelya İsmayılova məktəblilərə mütaliə mədəniyyətinin formalaşmasında kitabın rolundan, gələcək nəsillərin dünyagörüşünün inkişafında kitab oxumağın nə qədər vacib məsələ olmasından bəhs etdi.
Kitabxanaçı Təranə Cəfərova çıxışında qeyd etdi ki, bu əlamətdar gün, kitab bağışlayan və kitaba məhəbbətlə yanaşan bütün insanları öz ətrafında birləşdirir. “Kitab bağışlamaq gələcəyi gözəlləşdirmək, yeni nəslin üfüqlərini açmaq, daha gözəl bir ölkədə yaşamaq deməkdir. Bu baxımdan kitaba böyük məhəbbət və qayğı ilə yanaşan gənclərimizin, oxucularımızın olması sevindirici haldır”, - deyə bildirdi.
5b sinfinin rəhbəri Sevinc Mustafayeva “Beynəlxalq kitab bağışlama günü” münasibətilə məktəbliləri təbrik edib, bu günün keçirilməsində əsas məqsədin gənc nəslə mədəni xidmət göstərmək, kiçik yaşlı oxucuların mütaliəsinə düzgün yanaşmaq, məktəbli oxucuların mütaliə mədəniyyətini yüksəltmək, uşaqlara kitab bağışlamağın və onlarda kitaba məhəbbət yaratmağın müqəddəs bir vəzifə olduğunu vurğulayıb.
4c sinfinin rəhbəri Təranə Möhsümova bildirib ki, bu tədbir uşaqların həyatında böyük iz buraxacaq və onların kitaba, mütaliəyə marağını artıracaq.
Sonra məktəblilər bir-birinə kitablar hədiyyə ediblər.
Sonda məktəblilər şeirlər səsləndirib və kitabxanada təşkil olunan sərgi ilə tanış olublar.
Tədbir bütün siniflərdə qeyd olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi