Məktəbli layihəsi

19 fevral 2020-ci il tarixdə  məktəbdə "Sun"-un təşkilatçılığı ilə "Məktəbli layihəsi" adlı maarifləndirici tədbir keçirildi. Layihənin əsas məqsədi ibtidai sinif şagirdlərinə şəxsi gigiyenanın vacibliyini izah etməkdir. Bu tədbirdə həkim çıxış edərək, məktəblilərə əllərin təmiz saxlanmasının əhəmiyyətini izah etdi. Mikrobların ziyanından danışılan cizgi filmi nümayiş olundu.Uşaqlar izlədikləri cizgi filmindən nə öyrəndiklərini görmək və doğru istiqamətləndirmək məqsədilə sual-cavab olundu. Onlara hədiyyə təqdim edildi. Sonda kollektiv şəkil çəkildi.
Məktəblilərin sağlamlığını düşünmək hər birimizin məsuliyyətlə yanaşmalı olduğu bir məqamdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi