Valideynin məktəbdə bir günü

17 dekabr 2019-cu il tarixdə məktəbdə "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində görüş keçirilib.
Çıxış edən məktəbin direktoru Əminə Hüseynova deyib ki, valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq və valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində "Valideynin məktəbdə bir günü" layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində 2019-2020-ci tədris ilində keçirilməsi nəzərdə tutulan görüşlərdə ibtidai (I-IV), orta (V-VIII) və yuxarı (IX-XI) sinif şagirdlərinin valideynləri övladlarının oxuduqları məktəbləri ziyarət edirlər: "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində görüşlərdən biri də bu gün bizim məktəbdə keçirilir. "Mən bu layihəni dəstəkləyir və alqışlayıram. "Valideynin məktəbdə bir günü" layihəsi valideynlərə məktəbin fəaliyyəti, tədris prosesi və sair barədə ətraflı məlumat vermək, məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı onların rəy, təkliflərini öyrənmək imkanı verir. Bu da olduqca önəmlidir".
Görüşdə şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş olunub.