Qiçslə mübarizə

13 dekabr 2019-cu il tarixdə məktəbdə "Kiçik Akademiya"nın təbiət fənləri kafedrasının üzvləri "Hepatitdən qorun" və "Qiçslə mübarizə" mövzularında təqdimatlar etdilər.
Qazanılmış İmmun Çatışmazlığı Sindromu - İİV (İnsanda İmmun çatışmamazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infeksiyasının son mərhələsi. QİÇS-in təzahür formaları özünü çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə biruzə verir. Sadə şəkildə desək, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.
Hepatit – olduqca yoluxucudur. Sağlam insana bu xəstəliyi daşıyan bir insanla eyni qida və ya su istifadəsi səbəbi ilə yoluxar.