Gender bərabərliyi
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15759601675def3e6794bb23.12039389.jpg)
9 dekabr 2019-cu il tarixdə məktəbdə "Gender bərabərliyi" mövzusunda dəyirmi masa keçirildi.Müasir dövrdə yeni yaranan elmlər sırasında «Gender» xüsusi əhəmiyyətə malikdir. Bu elmi istiqamət XX əsrin 70-ci illərində Qərbi Avropada meydana gəlmişdir. «Gender» ingilis sözü olub, mənaca tərcümədə «soy», «cins» deməkdir. Azərbaycanda bu elmi istiqamət XX əsrin sonlarında yaranmışdır. Qapalı sistemdən açıq sistemə keçid dövrü, eləcədə demokratik cəmiyyət qurulucuğu zamanı insan hüquq və azadlıqları həmişə önəmli məsələ kimi ictimaiyyətin qarşısında durmuşdur. Cinsindən asılı olmayaraq bütün insanların fəal şəkildə vətəndaş cəmiyyətinin qurulmasında iştirak etməsi çox vacib amillərdən biridir. Qadınların da kişilərlə bərabər olaraq qərarların qəbul edilməsi prosesində iştirak etməsi, ictimai-siyasi həyatda fəaliyyət göstərməsi, rəhbər vəzifələrə irəli çəkilməsi cəmiyyətdə yaranmış disbalansı aradan qaldırılmasına gətirib çıxarar və beləliklə, insanlara cinsinə görə deyil, onların imkan və bacarıqlarına görə qiymət verilər.
Cəmiyyətdə kişi və ya qadın olmaq yalnız bu və ya digər anatomik xüsusiyyətlərə sahib olmaq deyil, həm də cəmiyyət tərəfindən müəyyən edilmiş bu və ya digər gender rolunu icra etmək deməkdir.
Gender - qadın və kişinin cəmiyyətdəki sosial rolunu və vəziyyətini təyin edən sosial model kimi cəmiyyət tərəfindən təşkil edilir. Bütün bu fikirləri nəzərə alıb, «Genderə» belə tərif vermək olar ki, gender qadın və kişilərin sosial-mədəni mühitdə qarşılıqlı münasibətlərini öyrənir.