Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində yüksək nəticə göstərərək finala çıxan 4a sinif şagirdi Ağalı Seyidrəsul Samir oğlu diplomla mükafatlandırılıb. Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Nəticələrə əsasən, I, II və III yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif edilib, digərlərinə isə iştirak sertifikatı təqdim olunub.
SASMO Beynəlxalq Riyaziyyat Olimpiadasında gümüş və bürünc medal alan şagirdlərimiz
Məktəbin 8a sinif şagirdi Nigar İsmayılova SASMO (Singapore and Asian Schools Math Olympiad) Beynəlxalq Olimpiada mərkəzinin keçirdiyi Beynəlxalq Riyaziyyat Olimpiadasında II yeri tutub və gümüş medal , sertifikatla mükafatlandırılıb. Həmçinin məktəbin 4b sinif şagirdi Hüseyn İsmayılzadə isə lll yerə çıxaraq bürünc medal və sertifikatla təltif olunub.
Şagirdlərimizi və onun riyaziyyat müəllimləri Gülşən Xankişiyevə və Aidə Nəcəfovanı təbrik edir ,uğurlar arzulayırıq.
Qeyd edək ki, SASMO Asiyada ən böyük riyaziyyat olimpiadalarından biridir. SASMO müsabiqələri tələbələrin düşüncə potensialını genişləndirmək məqsədi daşıyır, onların SASMO-da iştirakı onlara məktəb riyaziyyatında, eləcə də yüksək səviyyəli düşünmə bacarıqlarını təkmilləşdirməyə kömək edəcək.