Valideynlərlə görüş

Məktəbin illik Fəaliyyət planının 1.4.2-ci bəndinə uyğun olaraq valideynləri fəaliyyət planı ilə tanış etmək və birgə fəaliyyətləri planlaşdırmaq məqsədilə 6 aprel 2018-ci ildə məktəbimizdə 7-8-ci sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Qarşlıqlı əməkdaşlıq çərçivəsində keçirilən iclasda əsas məqsəd şagirdlərin təhsil nailiyyətlərinin müzakirəsi, dərsə davamiyyəti, II yarımildə qarşıda duran məsələlərin müzakrəsi və problemlərin həlli yollarını müəyyənləşdirmək olmuşdur. İclasda sinif rəhbərləri, fənn müəllimləri də iştirak edirdi.